Atadan azyaşlı övladına inanılmaz vəhşilik – Video/18+

 
Ata gəzinti zamanı 4 yaşlı övladını vəhşicəsinə döyüb.
 
Teleqraf.com xarici mediaya istinadla xəbər verir ki, hadisə Rusiyanın Yekaterinburq şəhərində baş verib.
 
Ata azyaşlını ayaqlarından tutaraq yerə çırpıb. Bu zaman yaxınlıqdan keçən iki oğlan atanın bu hərəkətlərinə etiraz edib.
 
Gözü dönmüş ata isə həmin şəxslərə də hücum edib. Gənclərdən biri atanı yumruq zərbəsi ilə nakauta salıb.
 
Azyaşlıya qarşı vəhşilik edən ata polis tərəfindən saxlanılıb və məhkəmənin qərarı ilə 10 il müddətinə azadlıqdan məhrum edilib.
 
Təhlükəsizlik kamerasına əks olunan həmin görüntüləri təqdim edirik:
 

Загрузка...
Загрузка...