​"AtaBank" da bağlanır?

 
 AtaBankın bütün bankomatları bir neçə gündür ki, işləmir
 
Məlumat verən mənbə bildirib ki, buna səbəb bankda pul ehtiyatının bitməsidir.
 
Mənbə bildirir ki, hazırda bank çox çətin durumunu yaşayır. Belə ki, bankın gələn il bağlana biləcəyi ehtimal olunur.
 
Əməkdaşımız məsələ ilə bağlı şəhərdə yerləşən bir neçə AtaBank bankomatına baş çəkib. Bu zaman müəyyən olunub ki, AtaBankın bankomatlarının işləməsi ilə bağlı saytımıza verilmiş məlumat həqiqətə uyğundur, bankomatlar həqiqətən də işlək vəziyyətdə deyil. Bankomatlardan nə pul çıxartmaq mümkün olur, nə də hər hansısa əməliyyat həyata keçirmək