​Ata 2 aylıq oğlunu binadan atdı - Səbəbi sizi DƏHŞƏTƏ GƏTİRƏCƏK

Türkiyədə 2 aylıq əfqan uşaq çoxmərtəbəli binadan düşərək ölüb.
Publika.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, ölkəsindəki müharibə səbəbindən Türkiyəyə pənah gətirən əfqan ailənin uşağının atası tərəfindən öldürüldüyü məlum olub.
A.T, həyat yoldaşı S.A və iki uşaqları ilə birlikdə Türkiyəyə yerləşib. İyun ayında cütlüyün daha bir uşağı dünyaya gəlib. Avqustun 10-da iki aylıq uşağı həyat yoldaşı və oğlunun yanında qoyan qadın qohumlarının yanına gedib. 28 yaşlı qadın evə qayıdanda uşağın binanın həyətində yerdə görüb, onu təcili xəstəxanaya çatdırıb.
Uşağın hündürlükdən yıxıldığını deyən ana onu xəstəxanaya çatdırandan sonra qaçıb. O, sonradan iki oğlu ilə birlikdə Bursa şəhərinə gedib. Bir aylıq müalicədən sonra isə balaca uşaq xəstəxanada ölüb.
Onun ölüm səbəbi “yüksəklikdən düşmə ilə bağlıdır” deyə qeyd edilib.
Ancaq əsl həqiqət 3 gün əvvəl məlum olub. Qadın bir yaxını ilə ölən uşağı haqqında danışanda 8 yaşlı oğlu hadisə barədə “Qardaşım yıxılmadı. Ağlayırdı, atam əsəbləşdi və onu yerə atdı. Sonra səsi kəsildi”-deyib. Eşitdikləri qarşısında dəhşətə gələn qadın tez polisə gedib, olanları danışıb. Polis qadını İstanbula gətirib. Qadın yenidən ifadə verəndən sonra əri polis tərəfindən saxlanılıb.
Qatil ata uşağını necə öldürdüyünü etiraf edib.
Gülxar

Загрузка...
Загрузка...