​Astarada işsizlər ayağa qalxdı

Bu gün Astarada fəhlələr aksiya keçirib
 
Bu barədə rayondan məlumat verilib. “Tikinti” MMC 103 nəfəri işdən azad edib və onlar etiraz olaraq rayon İcra Hakimiyyətinə şikayətə gedib.
RİH-dən bildirilib ki, hara istəyirsiniz, şikayət edin, iş yoxdur. Fəhlələr Prezident Administrasiyasına şikayətə gedəcəyini açıqlayıb.
 
Onların sözlərinə görə, rayonda kütləvi işsizlik problemi günbəgün ağırlaşır. Astarada ailəsini dolandırmaq üçün insanlar ya İrana, ya da Rusiyaya gedir. 103 nəfərin işsiz qalması isə 103 ailənin çörəksiz qalması deməkdir.(politika)
Ancaq yerli icra strukturları heç bir tədbir görməyib. Qeyd edək ki, iqtisadi böhran dalğası əyalətlərdə daha acınacaqlı şəkildə hissi olunur. Regionlarda etirazlar baş qaldırır.
 
Rublika.az