AST Telmanın keçmiş otelində 10 milyonluq toy - Foto

Dünyanın tanınmış zənginlərindən sayılan hindli Gupta ailəsinin oğlu Kamal Gupta ilə məşhur iş adamının qardaşı qızı Pala Türkiyədə ailə qurub.
Musavat.com Türkiyə mətbuatına istinadən xəbər verir ki, cütlük Antalyada yerləşən Mardan Palace Hoteli tamamilə bağladıb. Aprelin 23-dən başlayan toy 26-a kimi davam edəcək. 10 milyon avro xərclənən toyun bəzi detalları bəlli olub. Belə ki, toyda 900-dən çox insan xidmət göstərib. Kamal Gupta və Palanın üzüyü mərasimə paraşütlə gətirilib. 
Avropanın ən böyük hovuzu adını alan, içində Qız Qalası da olan, 16 min kvadrat metrlik otel hovuzunun üzərində xüsusi  səhnə qurulub. İlk iki günü ənənəvi mərasimlərlə davam edən toyda bu gün məşhur 100 Bollivud müğənnisi çıxış edəcək. Bollivudun məşhur sənətçilərinin səhnəyə çıxacağı platformada qurulan polad kəndirlərlə akrobat və rəqqasələr havada xüsusi şou göstərəcək.  Toyun ən görkəmli gecəsində hər kəsin izləyə biləcəyi möhtəşəm atəşfəşanlıq olacaq.
Qeyd edək ki, Mardan Palace Otel azərbaycanlı iş adamı Telman İsmayılova məxsus olub. O, müflis olandan sonra Türkiyənin Antalya şəhərində yerləşən, atası Mərdan İsmayılovun adını daşıyan lüks oteli həqiqi dəyərindən çox aşağı qiymətə - 130 milyon dollara satıb.