AST Telman”ı “bitirən” 1,4 milyardlıq layihə

Baxış sayı: 
185

 
    
 
Azərbaycanlı iş adamı, “AST” şirkətlər qrupunun rəhbəri, milyarder Telman İsmayılovun “vurulma” prosesi davam edir. Artıq Rusiya İstintaq Komitəsi, “Çerkizov” bazarının köhnə sahibi Telman İsmayılovla bağlı rəsmi qərar verib.Komitənin rəsmi nümayəndəsi Svetlana Petrenko bildirib ki, o, Rusiya Federasiyası Cinayət Məcəlləsinin 105-ci maddəsinin 3-cü bəndinin 222-ci maddəsi (qətl) ilə ittiham olunur.Komitə Telman İsmayılovun rəsmən İnterpol axtarışına verilməsi üçün Rusiya Baş Prokurorluğuna müraciət edib.Svetlana Petrenko əlavə edib ki, Telman İsmayılov qardaşı Rafiq İsmayılovla birgə biznesmenlər Vladimir Savkin və Yuri Brılevin qətlində müqəssir bilinir.
 
 
 
Maraqlıdır ki, nədən Rusiya son dövrlər azərbaycanlı milyarderlərə qarşı çıxır?Telman İsmayılovun “vurulması” ilə bağlı maraqlı iddialar səsləndirilir.“AST Telman” ləqəbi ilə tanınan milyarder özünü qorumağa çalışsa da, görünən odur ki, Kreml İsmayılovun həbsində qərarlıdır. “AST Telman”ın Rusiyada işlərinin yolunda getməməsi haqqında informasiyalar hələ bir neçə il öncədən yayılmağa başlamışdı. İlkin versiyalara görə buna səbəb 2009-cu ildə “AST Telman”ın Türkiyədə 1.4 milyard sərmayə qoyaraq inşa etdirdiyi “Mardan Palace” Hotel olub. Belə ki, Moskva AST Telmanın 1.4 milyardlıq vəsaitin Türkiyədə yatırıma çevrilməsi Moskvanın narazılığına səbəb olub.İddialara görə Rusiyanın “AST Telman”ı hədəf almasında da əsas səbəb budur.Ancaq bir müddət öncə “Mardan Palace”ın satılması xəbəri yayıldı.
 
Hal-hazırda hotelin bağlı olması bu iddialarda olan gerçəklik payını xeyli gücləndirir.Ancaq sonradan hotelin müdiri Səlçuk Şəntəpə Türkiyə mətbuatına açıqlama verərək səslənən iddiaları təkzib edib.Hotel yetkilisinin sözlərinə görə, “Mardan Palace” təmir məqsədilə fəaliyyətini dayandırıb və 31 mart 2018-ci ildə yenidən fəaliyyətini bərpa edəcək.Ancaq hotel müdirinin sözləri ictimaiyyətdəki rəyə təsir edə bilmədi.2010-cu ildə dünyanın ən lüks hoteli seçilən “Mardan Palace”ın təmirə bağlanması o qədər də inandırıcı görünmür.
 
 
 
Bir müddət öncə isə “Mardan Palace” oğurluq xəbəri ilə gündəmə gəldi.Belə ki, dünyanın ən lüks hotelindən qızıl suyuna çəkilmiş 2 metr uzunluğunda 7 barmaqlıq oğurlandı. “Mardan Palace”dan oğurluq olması və bundan heç kimin xəbər tutmaması  nə qədər absurd görünsə də, reallıqdır və qəribədir ki, “oğrular” hələ də tapılmayıb. Hələ o, zaman bu hadisənin “AST Telman”a mesaj xarakteri daşıdığı iddia olunurdu.Bütün yaşananları və iddiaları nəzərə alsaq, belə demək mümkünsə, “Mardan Palace” AST Telmanın sonunu gətirdi.
 
Telman İsmayılovun “vurulmasında” rol oynayan digər amillər isə təsdiqini tapmasa da tutarlı görünür.Belə ki, iddialara görə “AST Telman” Kreml rəhbərləri ilə “yola” getmədiyi üçün bu gün Moskva onu təzyiq altında saxlayır.Maralıdır ki, bir zamanlar “AST Telman”la ortaq biznesləri olan milyarderlər hələ də Moskvada öz fəaliyyətlərini davam etdirirlər.Bu isə onu deməyə əsas verir ki, “AST Telman”ın vurulması onun biznes deyil, digər maraqlarından irəli gəlir.Bir müddət öncə digər azərbaycanlı milyarderlər haqqında da xoşagəlməz məlumatlar yayılırdı.Yayılan məlumatların ciddiliyini isə həmin xəbərlərin Moskvanın hakim dairələrinə yaxın Rusiya mətbuatından yayılması göstərirdi. Ancaq sonradan Kreml sahibləri ilə əldə olunan razılaşmalar onların təhlükəsizliyinə rəvac verdi. Görünən odur ki, “AST Telman” bu razılaşmalara getmədiyi üçün bu gün Fransada gizlənərək həbsdən xilas olmağın yollarını axtarır.Qeyd edək ki, Telman İsmayılov İnterpol xətti ilə axtarışa verilməzdən öncə Türkiyənin Antalya bölgəsində yaşayırdı.Rusiya Baş Prokurorluğunun axtarış üçün İnterpola müraciətindən sonra “AST Telman” Fransaya sığınıb.
 
Vilayət Muxtar
 
Cebhe.info
 
 

Загрузка...
Загрузка...