Aspirini insan üzünə təsiri

 
Dərinizə təbii yolla pilinq edərək, sızanaq və qara nöqtələrdən xilas olmaq istəyirsinizmi?
 
Məhz sızanaqlı dərilər üçün aspirin maskası tövsiyə olunur.
 
Aktual.az deyerler.org-a istinadən bildirir ki, həftədə bir dəfə tətbiq olunan aspirin maskası dəridə yaranan sızanaq və qara nöqtələri azaldıb dəlikləri sıxışdırır. Sizin də dəriniz sızanaqlıdırsa, onda bu maskadan faydalana bilərisiniz.
 
Bunun üçün 4 ədəd aspirin, 1 xörək qaşığı su, 1 çay qaşığı bal lazımdır. Aspirini suyun içərisində əridib içinə balı əlavə edin.
 
Daha sonra göz və ağız ətrafından başqa üzünüzə sürtün və təxminən 15-20 dəqiqə saxlayın. Quruyan aspirini ovub təmizləyin. Bu maska dərinizə həftədə bir dəfə edilməsi tövsiyə olunur.