Aşıq Azər Türkiyədən qayıdıb: “Qaraciyərim təcili dəyişməlidir”

Səhhəti pisləşdiyi üçün təcili Türkiyəyə aparılan aşıq Azər vətənə dönüb.
Musavat.com saytına bu haqda aşığın özü məlumat verib.
O, bildirib ki, səhhətində yaxşılığa doğru heç bir irəliləyiş yoxdur: “Türkiyədə də Azərbaycanda qoyulan diaqnoz qoyuldu. Qaraciyərim təcili dəyişməlidir. Ayaqlarımın durumu bərbaddır, bərkiyib. Türkiyədə müalicə olunmağım üçün maddi vəsait lazımdır. Gedib-gəlmək  2-3 min manat edir. Orada qalmağım üçün külli miqdarda vəsait lazımdır. Hazırda müalicəm ev şəraitində davam edir, dərman qəbul edirəm. Heç kim müalicəni tam üzərinə götürmür. Edilən yardımlar da müalicəmə xərclənir. O pulla İsrailə gedə bilmərəm. Hələ ki, ümidim tək Allaha qalıb”.
Aşıq onun üçün keçirilən konsertlərdən də danışıb: “Bir dəfə konsert keçirildi, 4000 manat pul yığıldı. Mənim müalicəm üçün 60 min dollar lazımdır. O qədər pul konsertlə yığılmaz”.
Qeyd edək ki, mərhum Aşıq Xanların oğlu, 33 yaşlı aşıq Azər 3 ildir, Hepatit xəstəliyindən əziyyət çəkir. Onun xəstəliyinin müalicəsi İsraildə mümkündür və müalicəsi 60 min dollara başa gəlir. Aşıq Azər “Bank Respublika”da hesab nömrəsi açdırıb.
Ona yardım etmək istəyən şəxslər üçün həmin hesab nömrəsini təqdim edirik: 
Bank Respublika kod - 380194401151751001
Şəxsiyyətin seriya nömrəsi – 14040620
Onu da bildiririk ki, bu hesaba MİLLİ ÖN terminalları vasitəsilə istənilən yerdən ödəniş etmək mümkündür.