Asif Kurban:”Ermənistan virusdur”

Dünyada sülh üçün Ermənistan adlı virusun təmizlənməsi lazımdır.
Bu sözləri Dünya Azərbaycanlıları Konqresinin sədri Dr Asif Kurban İzmirdə keçirilən Dünya Azərbaycanlıları Konqresi və Türkiyə-Azərbaycan Dost Dərnəklər Federasiyasının, Ege Universitenin Türk Dünyası Araştırma İnstitutunun dəstəyi ilə “Dünəndən bu günə Azərbaycan-Türkiyə əlaqələri və Ermənistan" konfransında çıxışı zamanı bildirib.
Asif Kurban konfransın açılışını Qarabağ bölgəsində son dönəmlərdə yaşanan hadisələrlə davam etdirib:
“Necə ki, komputerdə virus və antivirus proqramları var; Virusu yaradan şirkətlər antivirusu da yaradırlar. Ermənistan adlı virusu yaradanlar bu antivirusu dövriyyə buraxmırlar. 
Dünyada sülh üçün Ermənistan adlı virusun təmizlənməsi lazımdır. Bu gün Azərbaycan və Türkiyə əlaqələri inkişaf edir  və əməkdaşlıq sürətlənib. Mən,Türkiyə dövlətinə və rəsmilərinə təşəkkürümü bildirirəm.”