“Asan İmza” ləğv edilsin” – İqtisadçıdan təklif

Baxış sayı: 
99
0  
0  

“Azərcell” gələn ayın 15-dən etibarən Asan İmza xidmətindən istifadəyə görə abunə haqqını 2.5 dəfə artıracaq. 1 manata təklif edilən bu xidmətə görə o gündən sonra 2.5 manat ödəməli olağıq.

Turaninfo.org xəbər verir ki, bunu iqtisadçı-ekspert Vüqar Bayramov deyib.

Ekspert qeyd edib ki, “Azercell Telekom” MMC bunu xərclərin artması ilə əlaqələndirib:

“Bildirilib ki, digər mobil operatorlar da qiymət artımına gedəcəklər. Amma nəyin hesabına xərcin nə az- nə çox 2.5 dəfə artması səbəbləri qaranqlıdır. Eyni zamanda, digər operatorların da eyni gündə qiymət artımlarına getmələri məhz mobil kommunikasiya bazarının liberallaşdırılması vacibliyini bir daha artırır.

Təəssüf ki, sözügedən bazarda rəqabətin zəif olması mobil operatorların asanlıqla və hətta eyni gündə belə kəskin qiymət artımlarına zəmin yaradır. Digər tərəfdən, elektron iqtisadiyyatın inkişafının prioritet olduğu bir halda “Asan İmza”ya görə ayda 2.5 manat ödəmək elektron xidmətlərə marağı azalda bilər. Elektron xidmətlərin daha aşağı xərclər ilə əldə edilməsinin özü də prioritet olmalıdır. Təəssüf ki, son taarif artımları bundan xəbər vermir. Bütün bunları nəzərə aldıqda yeni yaradılan Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin məsələyə müdaxilə etməsi və taariflərin optimallaşdırılmasına nail olması çox vacibdir. Ümumiyyətlə, hökumət ASAN imzanı ləğv edilərək onun əvəzinə pulsuz elektron imza sisteminin tətbiqinə çalışmalıdır”.

Загрузка...
Загрузка...