“Arzum Azərbaycanla Türkiyəni bir dövlət kimi görmək idi”

Türkiyə Silahlı Qüvvələri Baş Qərargahının sabiq rəisi İlkər Başbuğ ölkəsində təşkil olunan bir konfransda hər kəsin marağına səbəb olacaq açıqlama verib. Başbuğ çıxışı zamanı ən böyük arzusunun Azərbaycanla Türkiyəni bir dövlət kimi görmək olduğunu bildirib:
“Mənim ən böyük xəyalım, Türkiyə ilə Azərbaycanın bir dövlət olması idi. Onsuz da deyilmirmi, “tək millət, iki dövlət?”. Tərcüməçi olmadan bir-birimizlə danışırıq. Amma mümkün deyil, imkan verməzlər. Kaş şərtlər uyğun olaydı”,-deyə o, bildirib.