Arvadının başını kəsən kişi etiraf etdi: "Gəlin razı idi..."

Baxış sayı: 
299

Bakıda arvadının başını kəsərək öldürən kişi haqqında məhkəmə qərarı açıqlanıb.
 
Teleqraf.com xəbər verir ki, 1965-ci il təvəllüdlü Rasim Çəltikov barəsində Binəqədi rayon Məhkəməsinin qərarı ilə 4 ay müddətinə həbs qətimkan tədbiri seçilib.
 
İttihama görə, Binəqədi rayonunda yaşayan Rasim Çəltikovun ailə münaqişəsi zəminində həyat yoldaşı, 1967-ci il təvəllüdlü Arifə Çəlltikovanın boğazını kəsərək qətlə yetirib.
 
Daha sonra qatil hadisə yerindən qaçaraq ölkəni tərk etmək istəyib. O, hüquq-mühafizə orqanları əməkdaşları tərəfindən Xaçmaz rayonunda, “Yalama” sərhəd-keçid məntəqəsində Rusiya Federasiyasına qaçmaq istəyərkən saxlanılıb.
 
İstintaqa ifadə verən Rasim Çəltikov törətdiyi əməli etiraf edib. O bildirib ki, yaşadıqları evi sataraq gəlini ilə birlikdə Rusiyaya getmək istəyib: “Lakin Arifə razılaşmadı, onunla mübahisə etdik. Mübahisə zamanı Arifə məni söydü. Onun təhqiramiz ifadəsi məni özümdən çıxartdı. Buna görə də aramızda mübahisə qızışdı. Arifəni yerə yıxdım və bıçaqla boğaz nahiyəsinə xəsarətlər yetirdim”.
 
Rasim Çəltikov qeyd edib ki, arvadının öldüyünə əmin olundan sonra evi tərk edib. Əvvəlcə şəhərin mərkəzinə gəlib, bir qədər orada gəzişib: “Sonra törətdiyim əməlin ağır olduğunu düşündüm. Bu səbəbdən Rusiyaya qaçmaq barədə plan qurdum, Xaçmaz rayonuna getdim. Rusiyaya keçmək istəyəndə sərhədçilər tərəfindən yaxalandım”.
 
Rasim Çəltikov törətdiyi əməldən peşman olduğunu bildirib.
 
Faktla bağlı Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.
 
Müəllif: Hacı Zeynalov

Загрузка...
Загрузка...