Arvadını "cip"lərdə tutan, məhbus qaçıran, porno videosu yayılan MƏŞHURLARIMIZ - FOTO

Baxış sayı: 
232

İl ərzində o qədər hadisə baş verdi ki, bir yazıya necə sığışdıracağıq deyə düşündük. Qəza törədən, dalaşan, boşanan, qışqıran, mükafat alan Xoruz ilində bir-birinə qarışdı.
Publika.az il ərzində səs-küy yaradan maqazin olaylarını bir yerə toplayıb, sizə təqdim edir:
Azad Azərbaycan televiziyasının rəhbəri Vüqar Qaradağlı və aparıcı Turan İbrahimovun işdən çıxarılması xəbərləri xeyli gündəm yaratdı.
 
 
Müğəni Damla haqqında çıxan “narkomandır”, “sevgilisi avtomobilini əlindən alıb” xəbərləri və “Alan vurar” ifadəsi bu ilə damğa vurdu.
 
 
Xalq artisti Aygün Kazımovanın “Sus” klipi və ardından “Crystall Hall” konserti gündəmi əməlli-başlı silkələdi.
 
 
Xanəndələr də bu il sakit durmadı. Belə ki, Canəli Əkbərovun Arif Babayev, Səkinə İsmayılova, Mənsum İbrahimova qarşı sərt fikirləri alışan közü daha da alovlandırdı. İl sonunda Nəzakət Teymurovanın Əli Mirəliyevə “təlxək” deməsi isə kuliminasiya nöqtəsi idi.
 
 
Nigar Camal və Əməkdar artist Röya Ayxanın alovu “Jara 2017” festivalından yanmağa başlayaraq, “Altın kelebek”də hər tərəfə yayıldı. İş o yerə çatdı ki, Aygün Bəylər belə, işə qarışdı. Dedi ki, mənim “zasluqam” var, “strimit” eləmişəm.
 
 
Aygün Bəylər demişkən, xəbər yayıldı ki, o da nüfuzlu bir şəxsə ərə gedir. Amma çıxıb bildirdi ki, “cahamaat”ı aldadıb. Yalandan xəbər yayıb.
Röya Ayxan il ərzində radioları "qınından çıxıb, qınını bəyənməməkdə" qınadı. Röya ondan əvvəl də Xalq artisti Faiq Ağayevin “Ən çox konsert verən mənəm” ifadəsinə sərt etiraz edərək yeni bir qalmaqala imza atmışdı.
 
 
Bu il rəhmətə gedənlər də oldu. Onların sırasında vaxtsız dünyadan köçən rejissor Şahin Zəkizadə, meyxanaçı Bayram Kürdəxanlı, Əməkdar artist Telman Əliyev, Xalq artisti Rafiq Hüseynov da vardı. Ən səs-küylü ölüm isə aktrisa Mila Əminənin Türkiyədə reanimasiyada qalıb, sonra vəfat etməsi oldu.
 
 
Əməkdar artist Tünzalə Ağayevanın “Bu meydan meymunlaramı qalsın?” ifadəsi də o ki, var çeynəndi. Bu ifadədən və xitabdan narahat olan Damla və Şəbnəm Tovuzlu bir-birinə dəydi.
 
 
Murad Dadaşovun “Maşın”ı bu il reytinqləri alt-üst etdi. Pərvin Abıyeva-Səidə Sultan, Təranə Qumral- Sərxan Kərəmoğlu, Rauf- Mehriban Xanlarova, Vüsalə Kərimova və Pişik Günelin qalmaqalları jurnalistlərə başqa mövzu axtarmağa imkan vermədi.
 
 
Pərvin Abıyevanın yol polisləri ilə olan problemi, geyimləri, tatuları və "Hürriyyet"ə müsahibəsi də xeyli müzakirə olunanlar sırasında idi. Pərvinlə Tunay Əliyevanı ürəyləri bulandıran "fahişə" qalmaqalının dozası o qədər artıq oldu ki, hər iki tərəf insanların sərt iradları ilə qarşılaşdı. Ən sonda isə Pərvin aktrisa Tunay Əliyevanı onu "1000 manatlıq" adlandırdığı üçün məhkəməyə verdi.
 
 
Müğənni Nura Surinin ATV rəhbərliyi ilə bağlı müsahibəsi aləmi bir-birinə qatdı. Onun etirafından sonra digər müğənnilər də ayağa qalxıb, Nuraya dəstək oldu.
 
 
Maral Tahirqızının həbsdən azad olunması əməlli-başlı rezonans yaratdı. Müsahibələr, açıqlamalar verən Maralın bir neçə müddət sonra porno videosu da yayıldı. Maral da iddia etdi ki, 7 oktava səsimə and olsun ki, videodakı mən deyiləm.
 
 
Repçi Anar Nağılbaz da bu il dilinin bəlasına düşdü. Pornosu yayılan Anar gah nala vurdu, gah da mıxa. Sonunda etiraf qarışıq bir şey etdi. Dedi ki, mənəm, amma dərmanların təsirində olmuşam. Sonda onu da əlavə etdi ki, bəs arvadım hər gün ayrı-ayrı ciplərdə evə gəlirdi.
 
 
Nazənin və Təranə Qumralın “ər” davası uzandıqca uzandı, sonda Təranə çarəni Xoşqədəm Hidayətqızına müraciət etməkdə tapdı. Dedi ki, cana doymuşam, intihar edəcəm.
 
 
İlin hadisəsi Natavanın Dadoya ərə getməsi idi ki, cehizlərin rəngi solmamış – cəmi 5 ay sonra cütlük boşanmağa qərar verdi.
 
 
Oksana da rəfiqəsi Natavandan geri qalmayıb, Elşadı əvvəlcə polisə verdi, daha sonra ondan ayrıldı. Sonra da Natavanla illərdir davam edən küsülülüyünə son qoydu.
 
 
Kənan MM də öz “məharət”ini göstərib “Gecə 2 qonağı” filmini tərifləməyən jurnalistlərlə qalmaqal yaşadı və nəticədə bir neçə saytda “qara siyahı”ya düşdü.
 
 
Xalq artistləri Fuad Poladovun və Rasim Balayevin xəstəliklərinin üzə çıxması isə hətta Milli Məclisdə müzakirəyə belə qoyuldu.
 
 
Fərda Xudaverdiyevin içkili halda stend ap şousuna gəlməsi və Kamil Zeynallının “Qarabağ”ın təyyarəsində söyüş söyməsi jurnalistlərlə qalmaqal yaşamasına səbəb oldu.
 
 
İlkin Həsəninin toyu isə sözsüz ki, “İlin toyu” mükafatını alacaq qədər möhtəşəm idi.
 
 
Rəqsanənin belə bikinili fotolar paylaşdığı bu yay ən çox danışılan Dilarə Kazımovanın qüsursuz vücudu və bikiniləri oldu.
 
 
Zaur Kamalın 15 yaşlı qıza elçi getməsi isə əməlli-başlı tufan qopardı.
 
 
Fədayə Laçının “Qoca” ləqəbli avtoritetlə sevgi münasibətinin ortaya çıxması və həbs olunması ölkə gündəmini və şou-biznesi sarsıtdı. Heç gözləmədikləri bir hədəfdən vurulan sənətçilər çarəni ona dəstək olmaqda gördülər.
 
 
Azəri qızı Günelin il ərzində üçüncü nişanlısından da “ayrılıb-barışma” xəbərləri medianı yordu. Sonda özü də yorulduğuna görə münasibətinə bir dəfəlik son qoydu.
 
 
İradə İbrahimovanın “ATV maqazin onlarla” da hərənin ünvanına bir daş atması Günay İbrahimlinin və Röya Ayxanın səbrini daşırdı. “Xala”dan vurub “Quş” ifadəsindən çıxan məşhurlar bir-birini yuyub-sərdi. Fürsətdən istifadə edən Günay da Röyanın onu Qazaxstanda keçirilən festivaldan uzaqlaşdırdığını iddia etdi.
 
 
Tolikin Rəhim Rəhimlini “Yekəbaş” adlandırması ilə illərdir susqun dayanan Rəhimi özündən çıxartdı. Təmkinlə dayanan Rəhim savadlı bir şəkildə Tolikin cavabını verdi.
 
 
İlin qalmaqalı isə Xalq artistləri Ramiz Məlik və Məleykə Əsədova arasında oldu. Söhbət o qədər qızışdı ki, tərəflər məhkəmədə bir-birindən 200 və 300 min təzminat tələb edir.
 
 
Xəyyam Nisanovun, Əməkdar artistlər Aygün Bayramovanın dəbdəbəli, Abbas Bağırovun isə üç dəfə toy etməsi ən çox danışılanlar sırasında idi.
 
 
İl ərzində ən çox xəbər mənbəyi olan proqramlar isə ARB-nin “Səhər-səhər”, Xəzər TV-nin “Xəzər maqazin”, “5/5”, “Hər şey daxil”, ATV-nin “ATV maqazin onlarla” proqramı oldu.
 
 
Pərviz Hüseyn

Загрузка...
Загрузка...