Arvadı ilə birgə başına min oyun açılan DİKTATOR: indi hamı onu İSTƏYİR - VİDEO

2 gün əvvəl IMAS xidmətinin Rumıniyada keçirdiyi sosial sorğu, kapitalistləri sözün əsl mənasında təəccübləndirib. Sorğuya əsasən ölkə əhalisinin təxminən 40 faizi devrilmiş qalmaqallı diktator Çauşeskudan ötrü darıxır...
Publika.az bu sorğunun fonunda, Çauşeskunun kimliyi, idarəçiliyi dövründə Rumıniyanın iqtisadi durumu, onun necə devrilməsi və edam edilməsi haqda qısa icmalı oxuculara təqdim edir:
 
 
1989-cu ildə Rumıniyanın simasını kardinal dəyişən hadisələr baş verdi - sosializm Rumıniyasının son lideri, əsrin dörddə birini "öz yolu ilə" getmiş diktator devrildi.
Nikolay Çauşesku rejiminin devirilməsi qansız ötüşmədi və ölkənin keçmiş liderinin arvadı ilə birgə güllələnməsi ilə başa çatdı.
 
 
 
 
Rumıniya diktatoru Nikolay Çauşesku kəndli ailəsində doğulmuşdu. Artıq gənc yaşlarından o, kapitalizmə nifrət edir, kommunist partiyasına qoşulur, hətta siyasi baxışlarına görə həbs olunur.
1965-ci ildə Nikolay Çauşesku Rumıniya Kommunist partiyasının birinci katibi oldu, faktiki olaraq – ölkənin birinci şəxsi. Növbəti 25 ili - onun idarəçiliyini cürbəcür qiymətləndirmək olar. Bəziləri iddia edirlər ki, bu soyqırım və iqtisadi iflasın illəri idi, başqaları əksinə, onu təqdir edirdilər.
Çauşeskunun ətrafında əsl şəxsiyyətə pərəstiş yaranmışdı. Onu "Dünyəvi Allah", "Gələcəyi bilən" və " Karpat dahisi" adlandırırdılar.
Buna baxmayaraq, ölkə real olaraq xarabalığa çevrilmişdi. Xarici maliyyələşdirmə olmadığına görə, kart sistemi tətbiq edildi, eyni zamanda tez-tez ərzaq qıtlığı yaranırdı. Bu səbəbdən 1989-cu ilin dekabrında minlərlə rumın küçələrə çıxdı. Timişoara şəhərinin sakinləri həyatın normasına çevrilən yoxsulluğa və qanunsuzluğa qarşı etiraz edirdilər. Nikolay Çauşeskunu açıq-aşkar diktator adlandırır, Stalinin davamçısı hesab edirdilər. Qəzəblənmiş camaat 71 yaşlı qocanın və onun olduqca nüfuzlu arvadı Yelenanın hakimiyyətdən getməsini tələb edirdilər.
 
 
 
 
Çauşesku onun istefasını tələb edən camaata atəş açılmasını əmr etdi. Amma tanklarda paytaxta daxil olan ordu, vətəndaşları güllələməkdən imtina etdi. Aydın oldu ki, inqilabın qarşısını almaq mümkün olmayacaq. Nikolay və Yelena helikopterlə Buxarestdən qaçdılar. Lakin uzağa gedə bilmədilər, ər-arvad Tırqovişte şəhərində həbs edildi və üzərlərində təcili məhkəmə quruldu.
Məhkəmə hərbi hissənin zalında keçirilirdi. Nikolay və Yelena Çauşeskuya milli iqtisadiyyatın dağıdılması, xalqa qarşı silah çəkilməsi, dövlət institutlarının dağıdılması və soyqırım ittihamları irəli sürüldü.
Bütün proses videoya çəkilirdi. Əslində hökm qabaqcadan məlum idi: ölüm cəzası! Çauşesku və arvadını hərbi hissənin tualet otağının divarları qarşısında güllələdilər.
 
 
 
 
 
 
Hadisədən onilliklər keçəndən sonra, bu gün Rumıniyada o vaxtın olaylarını cürbəcür yada salırlar. Bəziləri hesab edirlər ki, ölkə Moskvadan birdəfəlik qurtuldu, başqaları isə "güclü hökmdar" üçün darıxırlar. Keçirilmiş sosial sorğulara əsasən, bildirilir ki, əgər yaxın seçkilərdə Nikolay Çauşesku iştirak etsəydi, təxminən 40 faiz rumın öz səsini ona verərdi…
Zaur H.
 

Загрузка...
Загрузка...