Artıq yadplanetli qorxusu qalmadı: “hər şeyi görə bilən” radarlar sınaqdan keçirildi

Çində ultra yüksək tezlikli dalğalardan istifadə edən “T-radar”ların sınaqlarına başlanılıb.
Publika.az xəbər verir ki, 1 mm-dən də az dalğa ölçüsünə sahib olan bu radarlar radio şüaları ilə optik şüalar arasındakı diapazonda işləyir. Bunun sayəsində də maneənin arxasındakı nəsnələrin görüntüsü əldə edilir və radioəmici örtüyə sahib təyyarələrdən yansıyan siqnalları ala bilir.
Bu növ radarlar müxtəlif növ təyyarələri, yadplanetlilərə aid olduğu iddia edilən hava cisimlərini təsbit etmə potensialına malikdir. Peyk və kəşfiyyat təyyarələri bu radarlarla təchiz edilərsə, okeanların dərinliklərində üzən gəmiləri və kamuflyaj edilən cihazları tapmaq çox daha asan olacaq.
Zümrüd

Загрузка...
Загрузка...