Argentinada dinozavr yumurtaları tapıldı

Baxış sayı: 
145

Argentinanın cənubunda yerləşən Neuken əyalətində dinozavrlara aid yumurtalar aşkar edilib.
Publika.az xəbər verir ki, yumurtaların 70 milyon il əvvələ aid olduğu bildirilir. Onların içində dinozavrların embrionlarının qalıqları qalıb.
Neuken Mədəni İrsinin Mühafizəsi Departamentinin rəhbəri Klaudiya Delya Neqra bildirib ki, alimlər üçün bu tapıntı böyük əhəmiyyət kəsb edir.
"Onlar embrionları hərtərəfli tədqiq edirlər və artıq embrional dəri və dişin təhlilini etmək mümkün olub", - deyə o əlavə edib.
Delya Neqranın sözlərinə görə, onların tapıldığı ərazinin bataqlıq olması, sonradan isə oranın vulkan çöküntüləri altında qalması sayəsində yumurtalar dövrümüzə qədər yaxşı vəziyyətdə gəlib çıxıb.

Загрузка...
Загрузка...