Ardaya Çindən təklif gəlib

"Barselona"nın futbolçusu Arda Turan Çin klublarından birindən aldığı təklifi rədd edib.
Turaninfo.az-ın “Marca”ya istinadən yaydığı xəbərə görə, türk yarımmüdafiəçi Kataloniya təmsilçisindən ayrılmağı düşünmədiyi üçün təklifi müsbət cavablandırmayıb.
A.Turanın növbəti mövsüm "Barsa"da ona daha çox şans veriləcəyinə inandığı bildirilib.
Qeyd edək ki, A.Turan FİFA-nın "Barselona"ya verdiyi transfer cəzası səbəbindən bu ilin yanvarından Kataloniya klubu ilə matçlarda çıxış edir. O, indiyə kimi oynadığı 22 oyunda 2 qol vurub və 3 qolun ötürməsini verib.