Arda Turan: "Messi futbol tarixinin ən güclü oyunçusudur"

Türkiyə milli komandasının futbolçusu Arda Turan İspaniyanın "Barselona" klubundakı hədəfini açıqlayıb.
"Report"un məlumatına görə, 29 yaşlı yarımmüdafiəçi Kataloniya komandasına Lionel Messi ilə yanaşı çıxış etmək üçün yox, Çempionlar Liqasını qazanmaqdan ötrü keçdiyini bildirib.
Bununla belə, Arda Messini futbol tarixinin ən güclü oyunçusu adlandırıb: "Barselona" ilə müqavilə bağlayacağımı hiss edirdim. Düşünürdüm ki, çox yaxşı oynasam, "Barsa"nın, sadəcə yaxşı oynasam, "Arsenal"ın futbolçusu olacağam. Kataloniya komandasına Messi ilə eyni komandada olmaq üçün keçməmişəm. Burada Çempionlar Liqasını qazanmaqdan ötrüyəm. Mənim üçün Leo futbol tarixinin ən yaxşısıdır, amma bura kuboklar qazanmağa gəlmişəm".
Qeyd edək ki, Arda Turan "Barselona"ya "Atletiko"dan keçib. "