Arda Turan etiraf etdi: "Azərbaycanlayıq!"

Türkiyə millisinin və "Barselona"nın futbolçusu Arda Turan Azərbaycana dəstəyini ifadə edib.
Turaninfo.az Qol.az-ın xəbərinə istinadən, bununla bağlı o, özünün "Tvitter" hesabəndan yazıb: “Qardaşımız Azərbaycanı Dağlıq Qarabağ" üçün başlatdığı kampaniyaya mən də imza atdım”.
Qeyd edək ki, ölkəmizə bu dəstək “Ədalətin Bərqərar Olunması və Böyük Fəlakətin Qarşısının Alınması naminə” adlı petisiya layihəsində verilib.
Barak Obama administrasiyasın internet resursunda Azərbaycan tərəfi petisiya ilə müraciət açıb.
Müraciətdə Azərbaycanın Dağlıq Qarabağ və digər ərazilərinin Ermənistan dövləti tərəfindən işğal edilməsi, Ermənistanın Azərbaycana qarşı qəsdən törətdiyi ekoloji böhranın ekoloji təcavüz olması faktı, Ermənistan silahlı qüvvələrinin işğal bölgəsindən dərhal geri çəkilməsi tələbi, Azərbaycanın işğal edilmiş ərazilərində yerləşən Sərsəng su anbarının hazırkı durumunun humanitar fəlakətlə nəticələnə biləcəyi xəbərdarlığı diqqətə çatdırılır. Qaydalara əsasən, petisiyaya cavab verilməsi üçün 1 ay ərzində müraciəti ən azı 100 min nəfərin (elektron) imzalaması lazımdır.