Arda Turan Azərbaycana dəstək oldu

"Barselona" klubunun və Türkiyə millisinin ulduz futbolçusu Arda Turan Azərbaycanın Dağlıq Qarabağ üçün başladığı kampaniyaya dəstək verilməsini istəyib.
Virtualaz.org xəbər verir ki. bu barədə o, "Twitter" hesabında yazıb: "Türkiyə qardaşı üçün çalışır. Bir imza ilə Azərbaycana dəstək olmağa davam edirik".
Bunun müqabilində futbolçunun Azərbaycandakı fanatları oyunçuya təşəkkür mesajları göndəriblər.