ARB TV-nin qardaş ölkə Türkiyədə bürosu fəaliyyətə başlayıb.

 
Azərbaycan kanalı Türkiyədə büro açdı
 
 
Missiya.az xəbər verir ki, Türkiyədən xəbər hazırlayacaq büronun rəhbəri Natiq Nailəoğlu təyin edilib.
 
“Bu xəbər mənim üçün gözlənilməz oldu. Qardaş ölkə Türkiyədə özümü vətənimdə olduğu kimi hiss edirəm. Mənə göstərdikləri etimada görə  ARB rəhbərliyinə təşəkkür edirəm. Etimadlarını doğruldacağıma əminəm. Hər şey əla olacaq”, - deyə Natiq Nailəoğlu bildirib.
 
ANS telekanalının "Xəbərçi" informasiya proqramının aparıcısı kimi tanınmış Natiq Nailəoğlu bu vəzifəyə təyin edilənə qədər ARB Şəki kanalında xəbər aparıcısı kimi fəaliyyət göstərirdi.