Aram Karapetyan: “DQR”-in tanınması məsələsi geosiyasi şantajdır”

“Hakimiyyət Ermənistanı qarət edərək bu vəziyyətə çatdırıb”
“Yeni zəmanə” Partiyasının sədri Aram Karapetyan eks-prezident Levon Ter-Petrosyanın siyasi gücləri Ermənistanın indiki hakimiyyəti ətrafında birləşdirmək çağırışını qətiyyətlə pisləyib.
Erməni mətbuatına müsahibə verən A.Karaptyan bildirib ki, L.Ter-Petrosyanın fikirləri ilə razı deyil: “Nəyin ətrafında birləşək? Uzun illər boyunca dövləti qarət edib bu vəziyyətə çatdıranlarla? Müharibədən sonra onlar nəyinsə düzgün olmadığını isbat etmək üçün üç generalı işdən çıxardılar. İndi isə Qarabağın müstəqilliyinin tanınması məsələsini ortaya atıblar. Yaxşı, bu məsələni qaldırıblarsa, onda niyə tanımırlar?”
Karapetyan bu təklifin geosiyasi şantaj olduğunu bildirib.