​Arakanlı müsəlmanlara daha bir ölkədən "zərbə"

 
 
 
Hindistan Myanmardan qaçaraq Banqladeşə sığınan müsəlmanların ölkələrinə keçməsinin qarşısını almaq üçün ölkənin şərq sərhədində sıx tədbirlər görür. Sərhəd gözətçiləri Rohingyan müsəlmanlarının Hindistana girməsinə maneə olmaq üçün gözyaşardıcı qazdan istifadə edirlər.
 
Moderator.az xarici mediaya istinadən bildirir ki, Hindistan sərhədçiləri Arakan müsəlmanlarını Banqladeşdən Hindistana keçməsinə maneə olmaq üçün müxtəlif tədbirlərə əl atırlar. Hindistan hökuməti sərhədçilərə Arakan müsəlmanların qarşısını almaq üçün daha çox qüvvə verib.
 
Sərhəd rəsmilərindən biri bidirib ki, "Arakan müsəlmanlarını ciddi şəkildə incitmək və onları həbs etmək istəmirik, lakin Arakanlı müsəlmanların Hindistan torpaqlarına daxil olmasını istəmirik".
 
Hindistan, Arakanlı Müslümanlara sınırını kapattı!
 
 
25 avqustdan bu günə qədər 420.000 Arakanlı müsəlman Myanmardan qaçaraq Bangladeşə sığınıb. Banqladeş qaçqınları qaçqın düşərgələri ilə təmin etmək üçün səy göstərdiyini bildirib.
 
Yeni Dehli polis səlahiyyətlisi Pramod Singh Khusvah, "Etdiyimiz araşdırmalar Əl Qaidənin Myanmara qarşı dini bir döyüş başlamaq üçün Hindistan və Banqladeşdən baza kimi istifadə etmək istədiklərini ortaya çıxarıb. Onlar bizim təhlükəsizliyimizi açıq şəkildə təhdid edirlər" deyib.
 
Onu da qeyd edək ki, 2014-cü ildən Hindistanda həbsdə olan 270 Arakanlı müsəlman olduğu bildirilir.
 
 
Uğur

Загрузка...
Загрузка...