Ara Papyan: '' Azərbaycan yayda müharibə edəcək ''

Ermənistanın Kanadadakı keçmiş səfiri, hazırda siyasi ekspert kimi çalışan Ara Papyan Azərbaycanın  yay aylarında müharibəyə başlayacağını deyib.
Turaninfo.az  Ermənistan KİV-nə istinadən xəbər verir ki, Papyan hərbi əməliyyatların qısa müddətli olacağını bildirib.
“İyunun 17-18-də Bakıda “Formula-1” yarışları keçiriləcək, 7-8 iyulda isə Vaşinqtonda NATO-nun sammiti keçiriləcək. Bu aralıqda Azərbaycan müharibə edərək məsələnin müzakirəsini NATO-nu  gündəliyinə salacaq”.
Papyanın fikrincə, baş verənlər Roma Papasının Ermənistana səfərinə mane olacaq. Keçmiş səfirin fikrincə, Rusiya Qarabağın Azərbaycan qaytarılmasında maraqlıdır.
“Bununla Kreml Azərbaycanı Avrasiya İqtisadi Birliyinə üzv etməyə şirnikləndirir”.