“Aqil Abbas özünü Milli Məclisin önündə yandırsın” - ŞOK TƏKLİF

 
 
“Aqil Abbassın vətəndaş mövqeyi həmişə yazıçı mövqeyini üstələyir və Azərbaycanın indiki halında bu hardasa başadüşüləndir. Amma ictimai şüurumuzun indiki halında Azərbaycanda ölüm hökmü bərpa olunsa, əmin olun, ancaq günahsız insanları öldürəcəklər, bir də ruhi xəstələri”.
 
Bunu Moderator.az-a şair Aqşin Yenisey deputat, yazıçı Aqil Abbasın ölüm hökmünün bərpası təklifini şərh edərkən bildirib.
 
Aqşin Yeniseyin sözlərinə görə, Aqil müəllimdən xahiş etmək lazımdır ki, ölüm hökmünün bərpası təklifi ilə çıxış edib özünün cəmiyyət qarşısındakı yazıçı, deputat məsuliyyətini həbsxana nəzarətçilərinin boynuna qoymaqdansa, sadəcə, səs verib qəbul etdirdiyi hazır qanunların necə işlədiyinə nəzarət etsin, pozulduğunu görəndə özünü Milli Məclisin önündə yandırsın.