Aprelin 14-də Putin vətəndaşların suallarına cavab verəcək

Rusiya prezidenti Vladimir Putinin ənənəvi “birbaşa xətti” bu il aprelin 14-də Moskva vaxtı ilə saat 12-də (Bakı vaxtı ilə 13-də) başlayacaq.
Turaninfo.az  Kremlin mətbuat xidmətinə istinadən xəbər verir ki, hər il baş tutan bu tədbir çərçivəsində Rusiyanın dövlət başçısı vətəndaşların suallarına və müraciətlərinə canlı yayımda cavab verir.
Bu, artıq 13-cü belə “canlı əlaqə” olacaq. 2013-cü ildə baş tutmuş canlı yayım hələlik davamlılığına görə ən uzunmüddətli hesab olunur. O zaman prezidentlə vətəndaşların canlı əlaqəsi 4 saat 47 dəqiqə davam etmişdi.
İlk belə “birbaşa xətt” 2001-ci ildə baş tutub.