Aprel döyüşçüsü intihar etdi: “Niyə onlar öldü, mən ölmədim…” – FOTO

Baxış sayı: 
186

2016-cı ilin aprelində Qarabağda gedən döyüşlərin iştirakçısı, bu döyüşlərdə ağır yaralanan, ancaq həkimlərin səyi ilə ölümdən xilas olan 26 yaşlı döyüşçü Fazil Abdiyev Tovuz şəhərində intihar edib.
Keçmiş döyüşçü özünü yaşadıqları evdə asıb.
Xəbəri Tovuz Rayon İcra Hakimiyyəti başçısının müavini Niftalı Qasımov təsdiqləyib. İcra hakimiyyətinin başçısının müavini bildirib ki, hazırda faciənin səbəbləri araşdırılır.
“Təəssüf ki, igid döyüşçümüz ötən gün intihar edib. Onun işlə, dolanışıqla bağlı problem yox idi, biz onu işlə təmin etmişdik. Tikinti sahəsində mühəndis işləyirdi. Görünür psixoloji problemləri olub. Hazırda hansı səbəbdən intihar etdiyi araşdırılır”.
Niftalı Qasımov onu da qeyd edib ki, F.Abdiyev ötən il də apreldə intihara cəhd edib: “Görünür döyüşdə keçirdiyi psixoloji sarsıntılarla əlaqədar olub”.
İntihar faktı bağlı Tovuz rayon Prokurorluğunda araşdırma aparılır.
Tovuz sakinləri bildirirlər ki, intihar hadisəsi evdə heç kimin olmadığı vaxtda baş verib. Fazil Abdiyev intihardan bir neçə gün əvvəl qonşularına deyibmiş ki, yoldaşlarının ölümü ona pis təsir edib. O, döyüş yoldaşlarının ölümü ilə barışa bilmirmiş.
“Deyirmiş ki, “Niyə onlar öldü, mən ölmədim’’. Görünür, müharibə, döyüşlər onda acı iz buraxıbmış…”- Tovuz şəhəri üzrə İcra Nümayəndəliyinin rəhbəri Yaşar İbrahimov deyib.(Virtualaz.org)
 

Загрузка...
Загрузка...