Aparıcı Aytən Səfərova müəlliməni təhqir etdi - SƏBƏB

 
Aparıcı Aytən Səfərova Bakıda şagirdini təhqir edən müəllimənin ünvanına sərt sözlər deyib.
 
Buna səbəb H.Z.Tağıyev adına 123 saylı orta məktəbin müəlliməsinin şagirdini təhqir etməsi olub.
 
Teleqraf.com xəbər verir ki, Aytən Səfərova sosial şəbəkədə bu sözləri yazıb: “Bakıda 123 saylı məktəbin Kəmalə adlı müəlliməsi 3-cü sinif şagirdi Kənana dəfələrlə “səndən iyrənirəm” deyərək təhqir edib. Kəmalə, uşaqları məktəbdən iyrəndirən sizin kimi müəllim adına ləkə gətirənlərdir. İmkansız, kasıb ailə uşağına, köynəyinə görə “iyrənirəm” dediyinizə görə ayıb olsun!”
 
Məsələ ilə bağlı H.Z.Tağıyev adına 123 saylı orta məktəb ilə əlaqə saxladıq. Məktəbdən  Kəmalə adlı müəllimənin hazırda dərslərinin bitdiyi və işdə olmadığı bildirildi.
 
Məktəbin direktoru Səba Həsənova isə yaxın vaxtda açıqlama verəcyini dedi.
 
Mövzunu diqqətdə saxlayacağıq.

Загрузка...
Загрузка...