​AOK prezidenti Patrick Hickey Braziliyada "həbs edilib"

 
Patrick Hickey Bakıda keçirilən ilk Avropa Oyunlarının əsas təşkilatçılarından biri olub
 
Avropa Olimpiya Komitələrinin prezidenti Patrick Hickey Rio-de-Janeyroda həbs edilib, Braziliya mediası xəbər verir.
 
Məlumata görə bu, "Olimpiya biletlərinin qeyri-qanuni satışı" ilə bağlıdır.
 
71 yaşlı cənab Hickey biletləri, onları çox baha qiymətə satan üçüncü tərəfə ötürməkdə şübhəli bilinir,
məlumatlarda deyilir.
 
Bundan bir neçə gün öncə Rioda bir kişi 800 qeyri-qanuni biletlə yaxalanıb.
Polisin bildirdiyinə görə, onlar cənab Hickey-ni həbs etməyə gələndə o, qaçmağa cəhd edib.
Cənab Hickey həmçinin İrlandiya Olimpiya Komitəsinin prezidentidir.
Bakıda keçirilən ilk Avropa Oyunları onun ideyası hesab olunur.