Anti-Böhran Koalisiyasınınının toplantısı

Bu gün ADP qərargahında, Liberal Demokrat Partiyasının lideri Fuad Əliyevin sədrliyi ilə Anti-böhran koalisiyasının növbəti iclası keçrilib. Toplantıda koalisiyanın üzvləri LDP, DKP, GAP,KXCP, Azadlıq Partiyası, Ağ Blok,  ADP, AXP,   VİP və 125-lər Siyasi Klubun nümayəndəsi iştirak edib. İclasda, əvvəlki yığıncaqda qəbul edilmiş qərarların icra vəziyyəti, ictimai-siyasi vəziyyət, və cari məsələlər müzakirə obyekti olub.
Müzakirə olunan məsələrlə bağli qərara alınıb.

  1. 28 mayda saat 13:30-da  Anti-böhran koalisiyasının üzvləri M.Ə. Rəsulzadənin Novxanı kəndində abidəsinin ziyarət edilsin.
  2. Vyana danışıqlarının Qarabağla bağlı şərtləri Beynəlxalq hüquqa və beynəlxalq təcrübəyə zidd olduğunu diqqətə çatdırıb. Bu təkliflərin Azərbaycan dövlətinin suveren hüquqlarını məhdudlaşdırmaqla Qarabağın dinc yolla Azərbaycandan qoparılıb  ermənilərə verilməsi məqsədini güdüynü qeyd edir.
  3. Koalisiya istintaq təcridxanalarında vətəndaşların müəmmalı şəkildə işgəncə və ölüm hallarının artmasından dərin narahatlığını bildirir. Bu faktların, Respublika prokurorluğu tərəfindən araşdırılmasını tələb edir.
  4. Heydər Əliyevin heykəlinin korlanmasında şübhəli bilinən gənclərin evlərindən külli miqdarda narkotik maddələrinin “tapılması”nı və gənclərin həbs edilərək işgəncəyə məruz qalması faktını, hakimiyyətin əvvəlki analoji-siyasi həbslərin təkrarlanması kimi qiymətləndirir. Koalisiya, Beynəlxalq təşkilatlardan, demokratik ölkələrin Azərbaycandakı səfirliklərindən eləcə də Ombudsmandan xahiş edir ki, həbs olunan gəncləri öz nəzarətinə götürsün.
  5. Koalisiya indiki böhran şəraitində vətəndaşların sosial-iqtisadi vəziyyətini gücləndirmək, xidmətin keyfiyətinin yaxşılaşdırmadan bir tərəfli qaydada suyun və kanalizasiya xidməti qiymətinin Tarif şurası tərəfindən qaldırılmasını qətiyyətlə pisləyir. Koalisiya bu qərarı, səhv iqtisadi siyasət nəticəsində, hakimiyyət höhranın ağırlığını xalqın üzərinə yıxmaq kimi qiymətləndirir.
  6. Koalisiya yalnız partiya sədrlərinin iştirakı ilə “Vyana təmsilçiliyinə son!”, “Su təminatı qiymətinin bahalaşmasına son!” və “Siyasi həbslərə son!” şüarı ilə Prezident administrasiyasının qarşısında piket keçirmək üçün Bakı şəhər icra hakimiyyətinə müraciyət etməyi qərara almışdır.

         Cari məsələdə, texniki problemlər müzakirə edilib.
         Anti Böhran Koalisiyasinin Katibi Daşqın Nuriyev