Anti-Böhran Koalisiyasınınının toplantısı keçrildi

Bu gün ADP qərargahında, Vətəndaş və İnkişaf Partiyasının lideri Əli Əliyevin sədrliyi ilə Anti-böhran koalisiyasının növbəti iclası keçrilib. Toplantıda koalisiyanın üzvləri Ağ Blok, ADP, AXP,LDP, VİP və 125-lər siyasi klubu iştirak edib. İclasda, qərarların icra vəziyyəti, ictimai-siyasi vəziyyət, və cari məsələlər müzakirə obyekti olub.
Qərarların icra vəziyyəti müsbət qiymətləndirilib.
İctimayi-siyasi vəziyyət, 28 mayda  Anti-böhran koalisiyasının üzv rəhbərləri M.Ə Rəsulzadənin Novxanı kəndində abidəsinin önündə əklil qoymaq, və “28 may Azərbaycan istiqlalı və Qarabağ problemi” mövzusunda dəyirmi masa keçrilməsi qərara alınıb.
Azərbaycanın demokratikləşməsi problemlərinə toxunaraq, İyun ayında Qarabağ konteksində, “Korrupsiya və Azərbaycanın milli təhlükəsizlik məsələləri” mövzusunda tədbirlər planı hazırlayıb həyata keçrilməsi nəzərdə tutulub.
Cari məsələdə, tyexniki problemlər müzakirə edilib.
Katib: Daşqın Nuriyev