​ANS TV-dən çıxan aparıcının yeni kanaldakı efirindən ilk görüntülər — FOTO

 
ANS-in keçmiş aparıcısı yeni kanalında ilk efirinə çıxıb
 
«Ölkə.Az» xəbər verir ki, tanınmış aparıcı Natiq Nailəoğlu «Region TV»də xəbərlər proqramını aparmağa başlayıb. O, bu gün «Region TV»də yayımlanan «Region Xəbər» proqramında aparıcılıq edib.
 
Xatırladaq ki, «Ölkə.Az» olaraq iki gün öncə N.Nailəoğlunun «Region TV»yə keçməsi ilə bağlı xəbər yazsaq da, ANS rəsmiləri bu xəbərin şayiə olduğunu bildirmişdilər.
 
N.Nailəoğlunun yeni kanalında çıxdığı ilk verilişdən görüntünü təqdim edirik: