“ANS-lə bağlı olay Azərbaycanın xarici təzyiq qarşısında aciz olduğunu göstərdi” - ÖZƏL

 
 
Arif Əliyev: “Bizim etdiyimizi Qırğızıstan belə etmədi”
 
Bu gün ANS telekanalının lisenziyası məhkəmə qərarı əsasında ləğv edildi. Politika.Az-a açıqlamasında bu olayı şərh edən “Yeni Nəsil” Jurnalistlər Birliyinin rəhbəri, media eksperti Arif Əliyev baş verənlərdən bir sıra mühüm nəticələr çıxarmağın vacibliyinə diqqət çəkdi:
 
“Bu bir həqiqətdir ki, ictimai-siyasi baxımdan “diri” nə var idisə, o, ANS-də idi. ANS-in verilişlərində bu hadisələr şərh edilir, işıqlandırılırdı. Qalan televiziyaların əksəriyyəti isə daha çox formallığa meyl edirdi.
 
ANS-lə bağlı baş verən olaylar sübut edir ki, Azərbaycan tək daxildən yox, həm də xaricdən siyasi təzyiqə məruz qalır və bu təzyiq qarşısında acizdir. Çünki hətta Qırğızıstan belə belə bir addım atmadı. Türkiyədəki olayları işıqlandırdığı üçün Qırğızıstanda hansısa kanal cəzalandırılmadı. Azərbaycanda isə müəyyən siyasi maraq və düsturlara görə, istənilən formada hüquqlar məhdudlaşdırıla bilər. ANS olayları bunun göstəricisidir. Və təbii ki, bu, bizim üçün ağrıdıcı göstəricidir”.