ANS keçmiş aparıcıları işə qaytarır

Köhnə ANS-çilər yenidən televiziyaya qaytarılır.
AzNews.az-ın əldə etdiyi məlumata görə, ANS şirkətlər qrupu vaxtilə televiziyada işləmiş, lakin sonradan yolları ayrılmış əməkdaşlarını yenidən TV-yə dəvət edir. Artıq bir neçə keçmiş işçi - Hüseyn Azəri, Zənurə Talıbova işə başlayıb.
Daha bir neçə keçmiş ANS-çinin, həmçinin Amil Hacıyevin teleşirkətdə işə başlamalarıyla bağlı danışıqlar aparılır.
Xatırladaq ki, bir neçə gün əvvəl Fidan Quliyeva yenidən ANS-də çalışmağa başlayıb. O, şirkətin baş redaktoru vəzifəsinə təyin edilib.