ANS-in Əfsanəsi "Space TV"-ni tərk edib - SƏBƏB

 
Ötən ay “Space TV”- də işə başlayan ANS telekanalının məşhur aparıcısı Əfsanə Mehdiyeva kanaldan ayrılıb.
 
Aparıcı Missiya.Az-a bu barədə xəbəri təsdiqləyib.
 
"Qısa müddət ərzində işlədiyim “Space TV”-dən ayrılmaq qərarına gəldim. TV rəhbərliyi ilə aramızda heç bir narazılıq olmayıb".
 
Əfsanə Mehdiyeva "Space TV"-də “Hər gün” informasiya proqramının aparıcısı vəzifəsində çalışıb. 
 
Qeyd edək ki, ANS telekanalının "Xəbərçi" informasiya proqramının aparıcısı kimi tanınmış Əfsanə Mehdiyeva 2010-cu ildən ANS TV-də işə başlayıb.