ANS-dən aparıcıların başqa kanallara keçməsi barədə — QƏRİBƏ AÇIQLAMA

 
ANS Şirkətlər Qrupunun ictimai əlaqələr üzrə baş müşaviri Mais Məmmədov Rahil Sayadoğlu və Natiq Nailəoğlunun şirkətdən ayrılmasından danışıb.
 
Məmmədov Ölkə.Az-a açıqlamasında bildirib ki, sözügedən əməkdaşlardan heç biri işdən çıxmaq barədə ərizə yazmayıblar:
 
"Bunlar hamısı şayiədir. Biz hələ dəqiq bilmirik ki, onlar işdən çıxıblar, ya yox. Çünki əlimizdə ərizələri yoxdur".
 
Qeyd edək ki, Natiq Nailəoğlu və Rahil Sayadoğlu fəaliyyətlərini bundan sonra Region TV-də davam etdirəcəklər. Bu haqda məlumatı "Region TV" kanalının rəsmiləri təsdiqləyiblər.