​ANS-in çardağı dağıdıldı, polislə qarşıdurma - FOTOLAR

 
 
 
Fəaliyyətinə xitam verilmiş ANS televiziyasının həyətində dəmir konstruksiyalı tikili dağıdılıb.
 
Maşınların park edilməsi üçün nəzərdə tutulan həmin tikili bu gün səhər saatlarında buldozerlərlə aşırılıb.
 
Məlumata görə, televiziyanın səsyazma studiyasının və ANSpress nərşlər evinin qarşısında düzəldilmiş çardağın aşırılması prosesinə polislər də cəlb olunub.
 
Studiyanın mühafizəçiləri isə prosesə mane olmaq istəyəndə, polislə qarşıdurma yaranıb.