​Anna Azərli Kremlin önündə... - Putinə evlilik təklif etdi

 
35 yaşlı tanınmış opera müğənnisi, aktrisa Anna Azərli Kremlin önündə Rusiya Federasiyası Prezidenti Vladimir Putin üçün mahnı oxuyub.
 
Axar.az Layf nəşrinə istinadən xəbər verir ki, müğənni prezidentə mahnı həsr edib və onunla evlənməyini xahiş edib.
 
Müğənninin sözlərinə görə, o, prezidenti ilk dəfə 7 il öncə Drezdendəki konserti zamanı görüb. O gündən sonra prezidentə aşiq olub və Rusiyanın birinci xanımı olmaq arzusundadır. Anna Azərli bu hərəkəti ilə həm də anti-Rusiya sanksiyalarına etiraz etdiyini açıqlayıb:
 
“O, çox güclü və iradəlidir. Çox az kişi onun malik olduğu keyfiyyətlərə sahibdir. 2009-cu ildə mən konsertdə onun qarşısında mahnı ifa edirdim. Sonra o məni Rusiyaya dəvət etdi, amma gəlmədim. İndi isə onun xanımı olmaq istəyirəm”.