Ankaranı qana qərq edən terrorçu üçün yas çadırı quruldu

Türkiyənin paytaxtı Ankarada 37 nəfərin ölümü, 125 nəfərin yaralanması ilə nəticələnən partlayışı törədən kamikadze üçün yas çadırı qurulub.
Modern.az xəbər verir ki, PKK bayrağının asıldığı yas çadırının önündə PKK lehinə şüarlar səsləndirilib.
Qeyd edək ki, Ankarada baş vermiş partlayışın Balıkəsir Universitetinin tələbəsi Səhər Çağla Dəmir olduğu müəyyənləşib.
Terrorçu üçün Türkiyədə yas mərasiminin qurulması sosial şəbəkələrdə böyük etiraza və təpkiyə səbəb olub. İnsanlar terrorçular üçün belə mərasimlərin təşkilinə imkan verdiyi üçün hökuməti kəskin tənqid edirlər.