​Ankaradan Bakı və regiona enerji xəbərdarlığı

 
 
 “Hədəfimiz TANAP boru xətti layihəsini sürətlə həyata keçirməkdir”.
 
Missiya.Az Türkiyə mətbuatına istinadla xəbər verir ki, bu sözləri Türkiyənin baş naziri Binəli Yıldırım İstanbulda keçirilən 23-cü Dünya Enerji Konqresindəki çıxışı zamanı deyib.
 
O bildirib ki, Türkiyənin enerji ticarət mərkəzinə çevrilməsi üçün işlər davam etdirilib.
“Hazırda hədəfimiz “Mavi Axın” sonra isə TANAP boru xətti layihəsini sürətlə həyata keçirməkdir. Cənubi Qaz Dəhlizinin bel sütunu Azərbaycanla həyata keçirdiyimiz TANAP layihəsi təşkil edəcək. Enerji kolidoru müxtəlif xalqların yaşadığı torpaqlardan keçir. Ona görə də yaşanacaq problemlərin digərlərinə də təsir edəcəyini unutmamalıyıq”,-deyə Türkiyə rəsmisi bildirib.
 
Azərbaycanın təşəbbüsü və təşkilatçılığı ilə həyata keçirilən TANAP layihəsinin 2018-ci ildə tamamlanması nəzərdə tutulur.