Ankarada həyəcan: "Hər kəs iş başına" əmri verildi

Türkiyənin paytaxtı Ankarada, eləcə də İstanbul şəhərində gərginlik hökm sürür.
 Axar.az xəbər verir ki, İstanbulda körpülərin bağlanmasından sonra Ankarada da bütün təhlükəsizlik qüvvələri tam heyətlə işə çağırılıb.
 Qeyd edək ki, Türkiyə Baş naziri Binəli Yıldırım İstanbul və Ankarada baş verən fövqəladə vəziyyətlə bağlı açıqlamasında hərbçilər arasında bir qrupun çevrilişə cəhd etmək istədiyini bildirib.