Ankarada fövqəladə toplantı - Türkiyəyə hücum başlandı

Avropa Birliyi ölkələrinin Türkiyədəki səfirləri Ankarada fövqəladə toplantı keçirmək qərarını verib.
 
Publika.az xəbər verir ki, fövqəladə toplantı HDP millət vəkillərinin həbsi ilə bağlıdır.
 
Toplantının bu gün keçiriləcəyi gözlənilir. Toplantı ilə bağlı ətraflı məlumat verilmir.
 
Qeyd edək ki, dünən gecə HDP həmsədri Səlahəddin Dəmirtaş və 11 millət vəkili terrora dəstək ittihamı ilə saxlanılıb.
 
Bu həbslərə etiraz olaraq, PKK bu gün Diyarbəkirdə 8 nəfərin ölüməsi, 100-dən çox insanın yaralanması ilə nəticələnən terror aktı törədib. Bunun fonunda Avropa Birliyi ölkələrinin səfirlərinin föqəladə toplantı keçirmək qərarlarını Türkiyəyə diplomatik cəbhədən hücum olaraq qiymətləndirilə bilər.
 
Publika.az-ın həbslərlə bağlı hazırladığı təhlilində də bu hücumların olacağı proqnozlaşdırılırdı.