​Ankara və Tehran dollardan imtina edir - Vaşinqtona meydan oxundu...

 
 
Türkiyə və İran bank sektorunda əməkdaşlığı gücləndirməyi və qarşılıqlı hesablaşmanı milli valyuta ilə həyata keçirməyi qərara alıblar.
 
Moderator.az xəbər verir ki, bu barədə İranın prezidenti Həsən Ruhani Türkiyə lideri Rəcəb Ərdoğanla Tehranda keçirdiyi mətbuat konfransında deyib.
 
“Biz iqtisadi əlaqələrimizin daha da intensivləşməsi və bank sektorunda əməkdaşlığımızı möhkəmləndirmək üçün vacib qərarlar qəbul etdik. Biz qərara aldıq ki, qarşılıqlı hesablaşma üçün milli valyutaya keçək” - Ruhani deyib.
 
İran neft və qazının Türkiyəyə verilməsi sualına toxunan Ruhani bildirib ki, Ankara “daha çox neft və qaz almağa hazır olduğunu deyib. Bizim tərəf bununla əlaqədar Türkiyəyə təklif edib ki, neft-qaz sektoruna əlavə investisiya qoysun və Türkiyə də buna hazır olduğu cavabını verib”.

Загрузка...
Загрузка...