Ankara tarix verdi: “Apreldən sonra məhv olacaqlar”

 
“PKK terror təşkilatı apreldən sonra başlarına nə gələcəklərini təxmin belə edə bilməyəcək. Təşkilat apreldən sonra yox olacaq”.
Turaninfo.az Türkiyə mediasına istinadən xəbər verir ki, bunu ölkənin daxili işlər naziri Süleyman Soylu deyib.
“Prezidentimizdən ən aşağı vəzifəli təhlükəsizlik işçisinə - sərhəddə növbə çəkən övladımıza qədər hər kəs terrorla mübarəzədə qərarlıdır. Qışda da mübarizəmizi davam etdirəcəyik. Bu gün Diyarbəkrdən Hakkariyə qədər PKK terror təşkilatına qarşı müvəffəqiyyətli əməliyyatlar həyata keçirilir. Bütün planlarımızı hazırlamışıq. PKK-nın qışda yenidən təşkilatlanmasına icazə verməyəcəyik”, - deyə türkiyəli nazir bildirib.
Gizləndikləri mağaralar və sığınacaqları məhv edəcəklərini deyən Süleyman Soylu Bingöldə terror təşkilatının 53 sığınacağının məhv edildiyini qeyd edib.

Загрузка...
Загрузка...