"Ankara Putinə mühüm mesaj verdi..."

Türkiyənin yeni baş naziri bu yaxınlarda Rusiyaya mühüm bir siyasi mesaj verdi və bu, özlüyündə çox müsbət bir amildir.
 Bu barədə Axar.az-a açıqlamasında politoloq Fikrət Sadıqov deyib. Onun sözlərinə görə, Azərbaycan Rusiya və Türkiyə münasibətlərinin tezliklə yaxşılaşmasında maraqlıdır:
 “Əslində, Türkiyənin yeni baş naziri bu yaxınlarda Rusiyaya mühüm bir  siyasi mesaj verdi və bu, özlüyündə müsbət bir amildir. Görünür,Ankara Moskva ilə münasibətlərini mülayimləşdirməyə hazırdır. Putin isə Türkiyənin müəyyən addımlar atmalı olduğunu vurğuladı. Bu da texniki məsələlərlə bağlıdır. Hesab edirəm ki, hər iki ölkə qarşılıqlı addım atmalıdır. Hər halda ilk müsbət işartılar var və bundan sonra Ankara-Moskva münasibətlərinin yaxşılaşmasında Bakının rolu kifayət qədər yüksək ola bilər. Yaxın gələcəkdə sözügedən münasibətlər bərpa olunacaq”.
 Qeyd edək ki, noyabrın 24-də Rusiyaya məxsus döyüş təyyarəsi Türkiyə sərhədini pozduğu üçün vurulandan sonra Ankara və Moskva arasında münasibətlər gərginləşib.