Ancelina Coli yenə qaçqınlar və müsəlmanlardan danışdı - video

Hollivud ulduzu Ancelina Coli Londonda BBC-nin qaçqın problemlərinə həsr olunmuş bir tədbirinə qatılıb.
Turaninfo.az-ın xarici KİV-ə istinadən məlumatına görə, BMT-nin (Birləşmiş Millətlər Təşkilatı) xoşməramlı səfiri olan Coli Avropanın "qlobal qaçqın problemində kiçik bir hissə" olduğunu vurğulayıb.
 Nitqində Türkiyə, Pakistan, Livan, İran, Efiopiya və İordaniyanı bu məsələdə daha həssas olduğuna görə tərifləyən Coli "Biz - Qərbdəkilər nə qaçqın böhranının ortasındayıq, nə də böyük fədakarlıqlar edirik" deyib. O, 60 milyondan çox insanın evlərindən didərgin düşdüyünü və bunun son 70 ildəki ən yüksək rəqəm olduğunu qeyd edib:
"Bu, dünyanın sülh və əmin-əmanlığı üçün çox qorxulu mesajdır. Qonşunun evində yanğın varsa, qapıları kilidləmək təhlükəsizlik deyil".
A.Coli ABŞ prezidentliyə namizəd olan Donald Trampın müsəlmanlar və qaçqınları ölkəyə buraxmamaq təklifini tənqid edərək deyib:
"ABŞ hər zaman azadlıq axtarışında olan insanların ən rahat yeri olub. ABŞ prezidenti olmağı planlaşdıran bir adamın belə sözlərini eşitmək mənə çox ağırdır".