ANAMA ötən ay ərzində zərərsizləşdirilmiş hərbi sursat sayını açıqladı

Azərbaycan Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentlik (ANAMA) tərəfindən 7 aprel - 06 may 2016-cı il tarixinlərində Agentlik tərəfindən Bakı şəhəri, Tərtər, Ağcabədi, Ağdam, Füzuli, Goranboy, Tovuz, Zərdab, Şəmkir, Cəlilabad, Ucar və Samux rayonlarında aşkar olunan partlamamış hərbi sursatlar (PHS) haqqında açıqlanıb.
ANAMA-dan virtualaz.org-a verilən məlumata görə, hesabat aşağıdakı kimidir:
Təmas xəttinə yaxın ərazilər
Tərtər rayonu
Qapanlı kəndi - 100 ev və həyətyanı sahəyə, 1 tibb məntəqəsi, 137 partlayış yerinə baxış keçirilmış və partlamış sursatların qalıqları təmizlənmışdir. Bununla yanaşı, partlamamış 3 ədəd 85 mm-lik top mərmisi, 9 ədəd 122 mm-lik top mərmisi və 1 ədəd 152 mm-lik top mərmisi aşkar edilərək götürülmüşdür.
Yuxarı Qapanlı kəndi - 5 ev və həyətyanı sahəyə, 5 partlayış yerinə baxış keçirilmış və partlamış sursatların qalıqları təmizlənmışdir.
Qarağacı kəndi - 40 ev və həyətyanı sahəyə, 1 kənd orta məktəbinə, 1 kənd qəbirstanlığına və 50 partlayış yerinə baxış keçirilmış, partlamış sursatların qalıqları təmizlənmışdir
Qaradağlı kəndi - 36 ev, 52 partlayış yeri və 1 əkin sahəsinə baxış keçirilmiş, partlamış sursatların qalıqları təmizlənmışdir
Əskipara kəndi - 1 ev və həyətyanı sahəyə, 4 ferma və 13 partlayış yerinə baxış keçirilmiş, partlamış sursatların qalıqları təmizlənmışdir. 1 əkin sahəsində 30 ədəd 122 mm-lik partlamamış top mərmisi aşkar edilərək, götürülmüşdür.
Şıxarx kəndi - 2 ev və həyətyanı sahəyə, 1 əkin sahəsində 7 partlayış yerinə baxış keçirilmiş və 1 ədəd partlamamış 152 mm-lik top mərmisi, 1 ədəd 60 mm-lik minaatan mərmisi və 1 ədəd 100 mm-lik top mərmisi aşkar olunaraq, götürülmüşdür.
Buruc kəndi - 3 ev və həyətyanı sahədə 3 partlayış yerinə baxış keçirilmiş və partlamamış hərbi sursat aşkar edilməmişdir. (DİN-nin "102" Xidməti-Zəng mərkəzinin məlumatı)
Hacıqərvənd kəndi -11 ev və həyətyanı sahəyə, 1 kənd orta məktəbinə,11 partlayış yerinə baxış keçirilmiş və partlamamış hərbi sursat aşkar edilməmişdir. (DİN-nin "102" Xidməti-Zəng mərkəzinin məlumatı)
Borsunlu kəndi - 8 əkin sahəsində 10 partlayış yerinə baxış keçirilmiş, 1 ədəd partlamamış 122-mm top mərmisi aşkar olunaraq zərərsizləşdirilmişdir.
Köçərli kəndi - 4 otlaq sahəsinə baxış keçrilmiş, 4 partlayış çalasından hər birində 1 ədəd top mərmisinin partlamış qalıqları aşkar edilmişdir.
Azadqaraqoyunlu kəndi - 2 ev və həyətyanı sahəyə, 7 əkin sahəsində 9 partlayış yerinə baxış keçirilmiş və partlamamış hərbi sursat aşkar edilməmişdir.
Qaynaq kəndi - 2 ev və həyətyanı sahə, 6 partlayış yerinə baxış keçirilmiş, 1 ədəd 122 mm-lik partlamamış top mərmisi aşkar edilərək, götürülmüşdür. (DİN-nin "102" Xidməti-Zəng mərkəzinin məlumatı)
Tərtər şəhəri - 7 ev və həyətyanı sahədə 6 partlayış yerinə baxış keçirilmiş, 1 ədəd 122 mm-lik 9M22U raketinin motor hissəsi və 2 ədəd POMZ minası aşkar edilərək, zərərsizləşdirilmişdir.
Cəmi: 209 ev və həyətyanı sahə, 337 partlayış yeri, 2 kənd orta məktəbi, 1 tibb məntəqəsi, 1 kənd qəbirstanləğı, 4 ferma, 7 əkin sahəsi, 49 ədəd partlamamış hərbi sursat, 2 ədəd POMZ minası
Ağcabədi rayonu
Yuxarı Qiyaməddinli kəndi - 1 ev və həyətyanı sahəsinə düşmüş 1 ədəd partlamamış 122 mm-lik top mərmisi aşkar olmuşdur.
Mirzəhaqverdili kəndi - 1 ev və həyətyanı sahəyə baxış keçirilmiş və partlamış sursatın qalıqları təmizlənmışdir.
Qaraxanlı kəndi - 27 ev və həyətyanı sahəyə və 32 partlayış yerinə baxış keçirilmiş və partlamış sursatın qalıqları təmizlənmışdir.
Cəmi: 29 ev və həyətyanı sahə, 33 partlayış yeri, 1 ədəd partlamamış hərbi sursat
Ağdam rayonu
Təzəkənd kəndi - 8 ev və həyətyanı sahəyə, 5 əkin sahəsinə və 28 partlayış yerinə baxış keçirilmişdir, 1 ədəd partlamamış 122 mm-lik top mərmisi və 1 ədəd partlamamış 100 mm-lik tank mərmisi aşkar olunaraq, zərərsizləşdirilmişdir.
Orta Qərvənd kəndi - 1 ev və həyətyanı sahəyə baxış keçirilmiş, 1 ədəd partlamamış 122 mm-lik top mərmisi aşkar olunmuş və zərərsizləşdirilmişdir.
Çıraqlı kəndi - 4 ev və həyətyanı sahə və 4 partlayış yerinə baxış keçirilmiş, partlamış sursatın qalıqları götürülmüşdür.
Mahrızlı - kəndi - 15 ev və həyətyanı sahəyə baxış keçirilmiş, qrad mərmilərinin partlamış hissələri çıxarılmışdır.
Əfətli kəndı - 11 ev və həyətyanı sahə, 3 partlayış yerinə baxış keçirilmiş, 1 ədəd partlamamış 152 mm-lik top mərmisi zərərsizləşdirilmişdir.
Kənddən keçən Qarqar çayında ermənistan istehsalı olan 6 ədəd piyada əleyhinə mina (PMN) aşkar olunaraq, götürülmüşdür.
Ballar kəndi - 4 əkin sahəsində 4 partlayış yerinə baxış keçirilmiş, partlamamış sursat aşkar edilməmişdir.
Ergi düzü - 1 fermaya baxış keçirilmiş, 1 ədəd 100 mm-lik top mərmisi aşkar edilərək, götürülmüşdür.
Evoğlu kəndi - 4 əkin sahəsində 4 partlayış yerinə baxış keçirilmiş, partlamamış sursat aşkar edilməmişdir.
Baharlı kəndi - 1 əkin sahəsində 1 partlayış yerinə baxış keçirilmiş, partlamamış sursat aşkar edilməmişdir.
Yusifcanlı kəndi - 1 əkin sahəsində 1 partlayış yerinə baxış keçirilmiş, partlamamış sursat aşkar edilməmişdir.
Dörd yol-1 qəsəbəsi - 1 əkin sahədə 1 partlayış yerinə baxış keçirilmiş və partlamamış sursat aşkar edilməmişdir.
Çəmənli kəndi - 1 ev və həyətyanı sahə, 2 partlayış yerinə baxış keçirilmiş və 1 ədəd partlamamış 152 mm-lik top mərmisi zərərsizləşdirilmişdir. (FHN-nin Böhran Vəziyyətlərində İdarəetmə mərkəzinin məlumatı)
Şəfərli qəsəbəsi - 1 ev və həyətyanı sahəyə, 2 partlayış yerinə baxış keçirilmiş, partlamamış sursat aşkar edilməmişdir. (FHN-nin Böhran Vəziyyətlərində İdarəetmə mərkəzinin məlumatı)
Qaradağlı kəndi - 3 ev və həyətyanı sahədə 3 partlayış yerinə baxış keçirilmişdır.
Cəmi: 44 ev və həyətyanı sahə, 77 partlayış yeri, 1 ferma, 5 əkin sahəsi, 6 ədəd partlamamış hərbi sursat və 6 ədəd piyada əleyhinə mina (PMN)
Goranboy rayonu
Tapqaraqoyunlu kəndi - 133 ev və həyətyanı sahələrə, 2 hərbi hissəyə, 1 kənd qəbirstanlığı, 1 kənd orta məktəbinin ərazisi yoxlanılmış, 156 partlayış yerindən sursatların qalıqları çıxarılmışdır. 2 ədəd partlamamış 100 mm-lik, 1 ədəd 122 mm-lik top mərmisi və 1 ədəd 82 mm-lik minaatan mərmisi aşkar olunaraq zərərsizləşdirilmişdir.
Qaxdud kəndi - 2 ev həyətyanı sahə, 2 partlayış yerinə baxış keçirilmiş, partlamış sursatların qəlpələri və qalıqları götürülmüşdür.
Yolqullar kəndi - Parkın ərazisində 1 partlayış yerinə baxış keçirilmiş və 1 ədəd partlamamış
PQ-7 mərmisi aşkar edilərək, götürülmüşdür. (DİN-in "102" Xidməti-Zəng mərkəzi sisteminin məlumatı)
Cəmi: 135 ev və həyətyanı sahə, 2 hərbi hissəyə, 1 kənd qəbirstanlığı, 1 kənd orta məktəbi, 159 partlayış yeri, 5 ədəd partlamamış hərbi sursat
Füzuli rayonu
Mirzənağılı kəndi - 5 ev və həyətyanı sahə, 4 partlayış yerinə baxış keçirilmiş, 1 ədəd 82 mm-lik minaatan mərmi aşkar edilmişdir.
Qazaxlar kəndində - 3 ev və həyətyanı sahələrdə 3 partlayış yerinə baxış keçirilmişdir.
Əhmədalılar kəndində - 7 ev və həyətyanı sahələrdə 7 partlayış yerinə baxış keçirilmiş, partlamış sursatların qəlpələri və qalıqları götürülmüşdür.
Alıxanlı kəndi - 8 ev və həyətyanı sahə, 13 əkin sahəsində, Caxır zavodu ərazisində 54 partlayış yerinə baxış keçirilmiş, 1 ədəd 100 mm-lik top mərmisi, 1 ədəd 120 mm-lik minaatan mərmisi, 1 ədəd 82 mm-lik minaatan mərmi və 6 ədəd 125 mm-lik tank mərmisi aşkar olunaraq götürülmüşdür.
Şükürbəyli kəndi - 4 əkin sahəsində 4 partlayış yerinə baxış keçirilmişdir.
Horadiz şəhəri - şəhər və ətrafında 89 partlayış yerinə baxış keçirilmiş, 81 ədəd partlamış, 3 ədəd partlamamış hərbi sursat aşkar olunaraq götürülmüşdür.
Cəmi: 23 ev, 149 partlayış yeri, 13 ədəd partlamamış hərbi sursat
Digər şəhər və rayonlar
Tovuz rayonu
Qədirli kəndi - 1 ev və həyətyanı sahəyə baxış keçirilmiş, 84 ədəd 100 mm-lik partlamamış top mərmisi aşkar edilərək, götürülmüşdür. (Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Tovuz rayon polis şöbəsinin məlumatına əsasən)
Cəmi: 1 ev, 84 ədəd partlamamış hərbi sursat
Zərdab rayonu
Körpükənd kəndi - 22 aprel 2016-cı il tarixdə saat 20:02-də Zərdab rayon polis şöbəsinin rəisi tərəfindən Fövqəladə Hallar Nazirliyi Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə zəng edərək Zərdab rayonu Körpü kəndi ərazisində 1 (bir) ədəd tank əleyhinə mina aşkar olunması barədə məlumat verilmişdir. Agentliyin xüsusi mobil çevik əməliyyat qrupu dərhal həmin əraziyə göndərilmiş və sel suları vasitəsilə sahilə çıxan 1 (bir) ədəd tank əleyhinə minanın olduğu müəyyən olmuşdur.
Tapılan minanın ətrafı işarələnmiş və yerli polislər tərəfindən mühafizəsi təşkil olunmuşdur. Axşam olduğunu (havanın qaranlıq olması) nəzərə alaraq minanın zərərsizləşdirilməsi 23 aprel 2016-cı il tarixdə yerində partlayış yolu ilə məhv edilmişdir.
Cəmi: 1 ədəd taktiki siqnal minası məhv edilmişdir.
Samux rayonu
Kolayır kəndi - 3 ədəd OFAB-50 aviabomba, 1 122 ədəd 12.7 mm-lik (onlardan 142 ədədi fosforlu-yandırıcı) və 15 ədəd 7.62 mm-lik patron aşkar edilərək zərərsizləşdirirlib.
Cəmi: 1 140 ədəd sursat zərərsizləşdirilmişdir.
Şəmkir rayonu - Azərbaycan Respublikası Nazirlər Kabinetinin 26 aprel 2016-cı il tarixli tapşırığına müvafiq olaraq, Agentliyin mütəxəssisləri Şəmkir şəhəri, 20 yanvar küçəsində 25 metr uzaqlıqda 1 ədəd aşkar olunan 122 mm-lik top mərmisinə texniki baxış keçirilmiş və daşınması mümkün olduğu üçün götürülərək zərərsizləşdirilməsi üçün Agentliyin mərkəzi partlayış ərazisinə daşınmışdır.
Cəmi: 1 ədəd partlamamış hərbi sursat aşkar edilərək, zərərsizləşdirilmişdir.
Cəlilabad rayonu - 27 aprel 2016-cı il tarixdə saat 10:16-də Daxili İşlər Nazirliyinin əməliyyat növbətçisi tərəfindən Fövqəladə Hallar Nazirliyi, Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə zəng daxil olmuşdur. Məlumata əsasən, Cəlilabad rayonu Privolnoye kəndi ərazisindən keçən Göytəpə çayında 4 ədəd mərmi aşkar edilmişdır. Agentliyin xüsusi mobil çevik əməliyyat qrupu dərhal həmin əraziyə göndərilmiş və çay vasitəsilə sahilə çıxan 6 (altı) ədəd tank əleyhinə (onlardan 5 ədədi TM-62 və 1 ədədi TM-57) minaları aşkar etmişlər. Tapılan minaların Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının əməkdaşları ilə birlikdə partlayış yolu ilə zərərsizləşdirilmişdir.
Cəmi: 6 ədəd tank əleyhinə mina aşkar edilmişdir.
Ucar rayonu
Ucar rayonu, Oğuz küçəsi 79 ünvanında - 1 ev və həyətyanı sahəyə baxış keçirilmiş, 3 ədəd F1 əl qumbarası, 3 ədəd UZRQM zapalı və 1 ədəd 30 mm-lik işıqlandırıcıcı fişəng aşkar edilərək götürülmüşdür. (FHN-nin Böhran Vəziyyətlərində İdarəetmə mərkəzinin məlumatı)
Bakı şəhəri
Bakı şəhəri, Nərimanov rayonu İslam Abuşov küçəsi 16R küçəsində Fövqəladə Hallar Nazirliyi Xüsusi Riskli Xilasetmə Xidmətinin pirotexnikları ilə birlikdə keçirilən əməliyyat tətbirləri nəticəsində 102 ədəd (8 ədəd 100 mm-lik top mərmisi, 8 ədəd - 62 mm-lik minaatan mərmi, 9 ədəd 122 mm-lik top mərmisi, 7 ədəd 76 mm-lik top mərmisi, 1 ədəd - 120 mm-lik minaatan mərmi, 1 ədəd 30 mm-lik top mərmisi, 4 ədəd SPQ-9 raketi, 64 ədəd - BM-6 tank mərmisi) müxtəlif çaplı mərmilər aşkar olunaraq, götürülmüşdür. (FHN-nin Böhran Vəziyyətlərində İdarəetmə mərkəzinin məlumatı)
Ümumilikdə, Agentlik tərəfindən 7 aprel - 06 may 2016-cı il tarixləri ərzində Tərtər, Ağcabədi, Ağdam, Füzuli, Zərdab, Şəmkir, Cəlilabad, Goranboy, Ucar və Tovuz rayonlarında 434 ev və həyətyanı sahəyə, 2 hərbi hissə, 2 kənd qəbirstanlığı, 3 kənd orta məktəbi, 1 tibb məntəqəsi, 5 ferma və əkin sahələrinə baxış kecirilmiş, 1 414 ədəd partlamamış hərbi sursat və 11 ədəd piyada əleyhinə mina (PMN), 2 ədəd POMZ-2 piyada əleyhinə mina və 6 (altı) ədəd tank əleyhinə mina aşkar olunaraq, zərərsizləşdirilmişdır.
Hal-hazırda Agentlik tərəfindən yaradılmış minaaxtaran itlərin dəstəyi ilə xüsusi təyinatlı mobil cevik qrupları tərəfindən təmas xəttində yerləşən kəndlərdə evlərlə yanaşı məktəblər və digər obyektlərin yerləşdiyi ərazilərdə əməliyyatlar davam etdirilir.