ANAMA: 1 ədəd 122 mm-lik top mərmisi aşkar edilib

Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentlik (ANAMA) Tərtər, Füzuli, Ağdam və Goranboy rayonlarında aşkar olunan partlamamış hərbi sursatlar (PHS) haqqında hesabat yayıb.
ANAMA-dan verilən məlumata görə, mayın 12-də 8 ev və həyətyanı sahədə, 8 otlaq sahəsi daxil olmaqla, 24 partlayış yerinə baxış keçirilib, 1 ədəd (122 mm-lik top mərmisi) partlamamış hərbi sursat aşkar olunaraq götürülüb. Gün ərzində 40 378 kv. m ərazi təmizlənib.
Tərtər rayonu
Qarağacı kəndi - 2 ev və həyətyanı sahədə 4 partlayış yerinə baxış keçirilib, 8 800 kv. m ərazi yoxlanılıb.
Qapanlı kəndi - 1 ev və həyətyanı sahədə 1 partlayış yerinə baxış keçirilib, 1 600 kv. m ərazi yoxlanılıb.
Qaynaq kəndi - 4 otlaq sahəsində 4 partlayış yerinə baxış keçirilib, 1 700 kv. m ərazi yoxlanılıb.
Qazyan kəndi - 3 ev və həyətyanı sahədə 8 partlayış yerinə baxış keçirilib, 17 000 kv. m ərazi yoxlanılmış, 1 ədəd partlamamış 122 mm-lik top mərmisi aşkar edilərək götürülüb.
Gün ərzində 6 ev və həyətyanı sahədə, 4 otlaq sahəsində 17 partlayış yerinə baxış keçirilib, 1 ədəd 122 mm-lik top mərmisi aşkar olunub, nəticə etibarı ilə 29 100 kv. m ərazi yoxlanılıb.
Ağdam rayonunun Qaradağlı kəndində 2 ev və həyətyanı sahədə 2 partlayış yerinə baxış keçirilib, 4 500 kv. ərazi qəlpələrdən təmizlənib, heç bir PHS aşkar olunmayıb.
Baharlı kəndi – 1 əkin sahəsində 2 partlayış yerinə baxış keçirilib, 6 000 kv. ərazi qəlpələrdən təmizlənib, heç bir PHS aşkar olunmayıb.
Ümumilikdə 2 ev və həyətyanı sahə, 1 əkin sahəsində 4 partlayış yeri aşkar edilib və 10 500 kv. m ərazi təmizlənib.
Füzuli rayonunun Şükürbəyli kəndi – 2 əkin sahəsində 2 partlayış yerinə baxış keçirilib, 478 kv.m ərazi qəlpələrdən təmizlənib, PHS aşkar olunmayıb.
Cəmi 2 otlaq sahəsi, 2 partlayış yeri aşkar edilib və 478 kv. m ərazi təmizlənib.
Goranboy rayonunun Tapqaraqoyunlu kəndində 1 əkin sahəsində 1 partlayış yerinə baxış keçirilib, 300 kv. m ərazi yoxlanılıb, PHS aşkar olunmayıb.
(“102” Xidməti-Zəng mərkəzi sisteminin məlumatı)
Cəmi 1 əkin sahəsi, 1 partlayış yeri aşkar edilib və 300 kv. m ərazi təmizlənib.
Ümumilikdə Agentlik tərəfindən 7 Aprel - 12 May tarixlərində Zərdab, Tərtər, Ağcabədi, Ağdam, Füzuli, Goranboy, Tovuz, Samux, Şəmkir, Cəlilabad, Ucar rayonlarında və Bakı şəhərində 469 ev və həyətyanı sahə, 2 hərbi hissə, 2 kənd qəbiristanlığı, 3 kənd orta məktəbi, 1 tibb məntəqəsi, 12 ferma, əkin sahələri və 1 çaxır zavodu ərazisinə baxış keçirilmiş, 1 420 ədəd partlamamış hərbi sursat, 11 ədəd piyada əleyhinə mina (PMN), 2 ədəd piyada əleyhinə POMZ-2 və 6 ədəd tank əleyhinə mina aşkar olunaraq zərərsizləşdirilib.
Hazırda Agentlik tərəfindən yaradılan xüsusi təyinatlı mobil çevik qrupları minaaxtaran itlərin dəstəyi ilə təmas xəttində yerləşən kəndlərdəki evlərlə yanaşı məktəblər və digər obyektlərin yerləşdiyi ərazilərdə əməliyyatları davam etdirir.