Anadan azyaşlı qızına qarşı ŞOK HƏRƏKƏT: başını kəsdi, doğradı, ət maşınından keçirdi və... - FOTO

Baxış sayı: 
176

37 yaşlı qadın 12 yaşlı qızını vəhşicəsinə döyüb öldürdükdən sonra, onu balta ilə kiçik hissələrə bölüb.
Publika.az xəbər verir ki, dəhşətli hadisə Honkonqda baş verib. Cao adlı qadın Monq Kok bölgəsində yaşadığı evində öz qızını öldürməkdə ittiham edilir. Qonşularının polisə verdiyi məlumata görə, qadının 12 yaşlı qızı olub. Ötən gün evdən möhkəm qışqırıq səsləri eşidilib. Daha sonra isə balaca qızı görən olmayıb.
Şikayət əsasında evdə axtarış aparan Hon Konq polisi qadının evində araşdırma apararkən vanna otağında uşağın kəsilmiş başını tapıb. Məlum olub ki, qadın qızını öldürüb, başını kəsib, bədənini isə xırda-xırda hissələrə bölərək ət maşınından keçirdib. Qalıqlarını isə qara sellofan torbalara dolduraraq hamam otağında döşəmənin alt hissəsinə yığıb yavaş-yavaş atmaq istəyirmiş.
Polis dəhşətli cinayətin üstünü açdıqdan sonra ananı cinayətdə şübhəli bilinən birinci şəxs kimi həbs ediblər. Polis hadisənin təfərrüatlarını öyrənmək və hadisə ilə bağlı qadının ailə yaxınlarının, qonşuların və uşağın atasının da ifadəsinin alınacağını bildirib.
Könül Cəfərli

Загрузка...
Загрузка...