Ana və qız (hekayə)

Biri var idi,biri yox idi. Bir ana var idi,bir də qızı... Hər gün səhər açılar açılmaz,ana işə tələsərdi,qızı isə məktəbə. Ananın başı işdə öz dərslərinə, sevimli tələbələrinə qarışar,arada zəng edib qızından hal-əhval tutar,axsam evə tələsərdi..Ana çalışırdı ki,qızı üçün həyat çox yaxşi olsun,onun arzularını azacıq olsa da yerinə yetirə bilsin...bəlkə də gecə-gündüz işləməyə hazır idi..qızının gələcəyi naminə... Bütün günü keçmışin acılarını unutmaq , indikində yaşamaq ucun gələcəyi fikirləşərdi..Özünü bəlkə də hardasa güclü sayardı bir ana kimi..onsuz da çox sınaqlardan keçmişdi..Səhifəni vərəqlədikcə Anaya "Sən çox güclü qadınsan,yıxılmadın "deyə dostlar,tanışlar da var idi... Bir gün ana işdən evə gələndə qapını həmışəki kimi qızı gülərüzlə açdı,ananın çantasını aldı,paltosunu asdı.Və qızı birdən köks ötürüb dilləndi: -Kaş ki,ana, sən evdar qadın olsaydın.Məktəbdən gəlib görərdim ki,evdən isti xörək iyi gəlir,qarşıma yemek qoyursan,məktəb paltarlarımı dəyişməyə kömək edirsən... Bunları deyərken ana qızının gözlərində cox kədərli bir məsum baxış,günahsız bir qəm gördü. Ana susdu...Bir anlıq öz uşaqlığını xatırladı..nəinki məktəb illərində,hətta tələbəlik illərində də anası qızının şirinçayını hazır qoyar,bir tikə çörək yedizdirməkdən ötrü sağına-soluna keçərdi..hər dəfə dərsdən gələndə mətbəxdən gələn ləziz yemək qoxusunu iyləyərək ayaqqabısını tələsik çıxardar,çantasını küncə atar,birbaşa mətbəxə cumardı... Bəşəriyyət dönüb o anaya desəydi ki,"O ən güclü,zəhmətkeş,qayğıkeş anadır" Dünyanın böyük ədalətsizlik qanunu yazılmış olardı. Dünyanın ən məsum və günahsız qızcığazın yanında Ana ən zəif,ən günahkar bəndə idi. Biri var idi,biri yox idi.. Bir də arzular var idi....... 
ELMİRA Kənan